Azərbaycanın Böyük Qafqaz Təbii Vilayətində Yayılmış Lövhəbiğ Böcəklərin (Scarabaeidae) Ekoloji və Zoocoğrafi Qruplar Üzrə Paylanması
AMEA Zoologiya İnstitutu
Məqalədə Azərbaycanın Böyük Qafqaz təbii vilayətindən toplanmış lövhəbığlar fəsiləsinə məxsus 54 növ
xırıldağ böcəyin ekoloji və zoocoğrafi qruplar üzrə paylanması və fiziki-coğrafi rayonlar üzrə yayılması
haqqında məlumatlar verilir. Materialların təhlili göstərirki, Böyük Qafqazın Azərbaycanın ərazisində yayılmış
54 növ lövhəbığ böcəklərin 57,4%-ni kresofil, 40,74%-nimezofil növlər təşkil edir. Evribiont növlərdən
isə yalnız 1 növə rast gəlinir. Zoocoğrafi vilayətlər üzrəTranspalearktikaya 3 növ (5,55%), Avropa-Sibir vilayətinə
1 növ (1,85%), Avropa qrupuna 9 növ (16,67%), Çöl (düzənlik) vilayətinə 5 növ (9,26%), Aralıq
dənizinə 34 növ (62,98%), Orta Asiya qrupuna isə 2 növ (3,7%) daxildir.
Scarabaeidae, ekologiya, zoocoğrafi qruplar