Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Daxili Su Ekosistemlərinin Bioloji Müxtəlifliyinə Dair
E.F. Yusifov, İ.X. Ələkbərov, Ş.R. İbrahimov, A.R. Əliyev, Q.N. Quliyev, N.C. Mustafayev, İ.R. Babayev, G.H. Qasımova, K.Y. Tağıyeva

AMEA Zoologiya İnstitutu


Məqalədə ölkəmizin daxili su tutarlarından (bulaqlar, çaylar, su anbarları, göllər və s.) ayrı-ayrı tədqiqatçılar tərəfindən indiyə qədər qeydə alınan qruplar üzrə növlərin sayı təqdim olunub. Su tutarlarımızda ən geniş yayılmış və dominant növlər, onların ekosistemdə rolu və s. haqqında məlumat verilir. Ölkəmizdə elmi-zooloji tədqiqatların aparıldığı ilk vaxtlardan bu günə qədər su tutarlarımızda 1000 növdən çox ibtidai bir-hüceyrəli heyvan (əsas yerdə kirpikli infuzorlardır), 1350 növdən çox onurğasız heyvan [əsas yerdə rota-torilər (300 növdən çox) və həşərat sürfələridir (586 növdən çox)], 190 növ onurğalı heyvan (əsas yerdə quşlar (97 növ) və balıqlardır (67+1 növ) və 332 növ balıq parazitləri [(əsas yerdə miksozoylar (59 növ), yastı qurdlar (69 növ) və trematodlardır (81 növ)] qeydə alındığı vurğulanır. Hidrobiontların növ sayını bildirən bu rəqəmlərin çox güman ki, gələcək tədqiqatlarda dəyişilməsi də istisna deyil, çünki hidrobiontlar arasında elə qruplar vardır ki, onların növ tərkibi ya heç öyrənilməmiş, ya da tədqiqatlarda cəmi 1-2 növ təsadüfən qeydə alınmışdır. Buraya birhüceyrəli heyvanlarla yanaşı kirpikli qurdlar, nematodlar, xərçəng-kimilər, astagəzənlər, bulaqçı, baharçı və gündəcə sürfələri və digər həşərat sürfələri daxildir.

Azərbaycanın su tutarları, biomüxtəliflik, Protozoa, onurğasız heyvanlar, onurğalı heyvanlar