Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Polygonum L. Növlərində Flavonoidlərin Toplanma Dinamikası
E.E.Cəfərova, L.Ə. Mustafayeva

AMEA Genetik Ehtiyatlar İnstitutu


AMEA Botanika Institutu


Qırxbuğumkimilər Polygonaceae Juss. fəsiləsinin qırxbuğum Polygonum L. cinsinin dünyanın mülayim qurşağında yayılmış 300 növü vardır. Onların bəziləri rəsmi dərman bitkisi olub, müxtəlif xəstəliklərin müalicəsində və dərman vasitələrinin alınmasında xammal kimi istifadə olunurlar. Cinsə daxil olan növlərin əsas təsiredici maddəsi flavonoidlərdir. Məqalədə P. aviculare və P. patulum L. növlərinin müxtəlif or-qanlarında flavonoidlərin miqdarı, paylanması, inkişaf fazaları üzrə toplanma dinamikası, yerüstü hissə məhsuldarlığı öyrənilmişdir. Müəyyən edilmişdir ki, flavonoidlər orqanlar üzrə qeyri bərabər paylanır. Generativ orqanlardan maksimum miqdar qönçələrdə, vegetativ orqanlardan isə yarpaqlarda toplanır. Hər iki növün bioloji kütlə məhsuldarlığı və flavonoidlərin bitkiyə görə maksimum miqdarı çiçəkləmə fazasıdır.

Polygonum, flavonoid, toplanma dinamikası, vegetativ, generativ orqanlar, biokütlə