Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Prangos biebersteinii Karjag. Növünün Köklərinin Bioloji Fəal Maddələrinin Öyrənilməsi
İ.H. Heydərov, S.V. Sərkərov

AMEA Botanika İnstitutu


Prangos biebersteinii Karjag. (Biberşteyn çaşırı) növü köklərindən alınmış ekstraktiv maddələr cəmindən sütunlu xromatoqrafiya metodundan istifadə edərək fərdi şəkildə 7 kristallik maddə alınmışdır: C16H14O4, ə.t. 108,0-109,0ºC (1), C15H16O3, ə.t. 84,0-85,0ºC (2), C16H14O5, ə.t. 145,0-146,0ºC (3), C16H16O5, ə.t. 109,0-110,0ºC (4), C16H14O5, ə.t. 141,0-143,0ºC (5), C16H16O6, ə.t. 137,0-138,5ºC (6) və C11H6O4, ə.t. 286,0-289,5ºC (7). Alınmış maddələrin fiziki-kimyəvi xassələrinin (tərkibi, ə.t.) və spektral (İQ- və NMR-) xüsusiyyətlərinin tədqiq edilməsindən alınan nəticələr əsasında onlar uyğun olaraq izoimperatorinlə (1), ostolla (2), izooksipeysedaninlə (3), pranferolla (4), oksipeysedaninlə (5), oksipeysedanin hidratla (6), ber-qaptolla (7) identifikasiya edilmişdir.

Pranqos, köklər, maddələr cəmi, xromatoqrafiya, fərdi, İQ spektroskopiya, NMR spektrosko-piya, kimyəvi sürücmə