AMEA Botanika İnstitutu
Məqalədə Göyzəbankimilərin (Boraginaceae Juss.) Azərbaycan və ona qonşu olan ərazilərdə (Dağıstan Muxtar Respublikası (Rusiya Federasiyası), Gürcüstan, Ermənistan, Türkiyə və İran İslam Respublikası) yayılmış cins və növlərinin müqayisəli analizi verilmişdir.İki qonşu ərazidə yayılmış olan bitki növlərinin oxşarlığını müqayisə etmək üçün Jakarın floristik eynilik əmsalı üsulundan istifadə edərəkfloristik eynilik əmsalları müəyyənləşdirilmişdir. Aparılan analizin nəticəsi göstərmişdir ki, Azərbaycan Göyzəbankimiləri öz taksonomik tərkibinə görə Ermənistan, Gürcüstan və Dağıstan floraları ilə daha çox yaxın, Türkiyə və İran floraları ilə daha uzaq ortaqlığa malikdir.Bu da öyrənilən ərazilərin sahə ölçülərinin müqayisəolunma dərəcəsi, həmin ərazilərin floralarının hansı areal tipi yaxud da coğrafi elementlərin təsiri ilə formalaşması, nə qədər oxşar və fərqli iqlim şəraitinə malik olmaları ilə izah oluna bilər.