AMEA Molekulyar Biologiya və Biotexnologiyalar Institutu
Bitkilərdə fotosintetik yolların öyrənilməsi müasir bitki örtüsünün qiymətləndirilməsi və baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması üçün çox əhəmiyyətlidir. Krassuliyasiya turşuları metabolizmi (CAM), gecə ərzində CO2 qazının fiksasiyasına əsaslanan və sudan effektiv istifadənin artması ilə səciyyələnən karbonun fotosintetik assimiliyasiya yollarından biridir. Sedum cinsinin növləri arasında CAM fotosintezin müxtəlif formalarına təsadüf olunur. Buraya C3, CAM və fakültətiv CAM növlər daxildir. Qafqaz üçün endemik olan Sedum caucasicum bitkisində sutkalıq titirlənən turşuluğun dəyişməsi həm təbii şəraitdə, həm də süni iqlim şəraitində bitən bitkilərdə oxşar olmuşdur. Alınan nəticələr belə guman etməyə əsas verir ki, S.caucasicum bitkisində CO2 qazının fiksasiyası fotosintezin CAM yolu ile baş verir.