Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Antenatal Hipoksiyanın Siçovul Balalarında Qanın Laxtalanmasının Yekun Fazasına Uzaqlaşdırılmış Təsiri
G.Q. Cəfərova, A.Q. Qazıyev

AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu

Tədqiqatlar embrional inkişafı hipoksiya amilinin təsirinə məruz qalmış bir aylıq siçovullar üzərində aparılmışdır. Eksperimental şəraitdə orqanizmin inkişafının yetkin mərhələsində qanın laxtalanma sis-teminin funksional vəziyyətini müəyyən etməyə imkan verən göstəricilər tədqiq olunmuşdur. Bu gös-təricilər laxtalanmanın daxili və xarici mexanizmini, onun sonuncu mərhələsini və eləcə də bütövlükdə laxtalanma sisteminin vəziyyətini qiymətləndirməyə imkan verir. Apardığımız analizlərlə tədqiq olun-muş göstəricilərə əsasən laxtalanmanın sonuncu mərhələsindəki dəyişkənliklər izlənmiş və laxtalanma sisteminin ümumi vəziyyəti müəyyən olunmuşdur.

Hipoksiya, hemostaz, trombin müddəti, fibrinogen, hipokoaqulyasiya