AMEA A.İ.Qarayev adına Fiziologiya İnstituitu
Məqalədə dovşanın beyin qabığının postnatal ontogenezdə inkişafı təsvir olunub. Beyin qabığı neyronunun çıxintilarının inkişafı, sinaptik kontaktlarının formalaşması və aksonun myelinləşməsi təsvir olunub. Nəticə-də beyin qabığı neyronlarının postnatal ontogenezdə differensiasiyasının qanunauyğunluqları üzə çıxarılıb. Həmçinin beyin qabığının qatlarının və onun afferent-efferent əlaqələrinin formalaşması nəzərdən keçirilib. Müxtəlif qabıq sahələrinin ontogenezdə inkişafının müqayisəli analizi aparılıb. Axırıncı onilliklərdə dovşan-larda belə tədqiqatların aparılmamasın; nəzərə alaraq dəlillərin analizi və ümumiləşdirilməsi beyin qabığının ontogenezdə inkişafına aid müasir təsəvvürlərin əsasında aparılıb.