Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Naxçıvan MR-nın Bəzi Su Hövzələrinin Makrozoobentosunun Növ Tərkibi, Miqdarı Və Sanitar Ekoloji Xarakteristikası
S.İ. Əliyev1*, A.B. Bayramov2

1 Azərbaycan MEA Zoologiya İnstitutu
2AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Məqalə Naxçıvan MR bəzi su hövzələrinin makrozoobentosunun öyrənilməsinə həsr olunmuşdur. Təd-qiqat dövründə 18 sistematik qrupa daxil olan 135 növ orqanizm qeydə alınmışdır. Aşkar olunan or-qanizmlərin 60 növü ikiqanadlılara, 19 növü isə sətqanadlılara, 16 növü simulidlərə aiddir. Su höv-zələrində bentik orqanizmlərin biokütləsi 0,46-1,71 q/m2, sayı isə 70-778 fərd/m2 arasında dəyişmişdir. Maksimal inkişaf Batabat №2 gölündə müşahidə olunmuşdur. Eyni zamanda su hövzələrinin sanitar-ekoloji vəziyyəti araşdırılmışdır.

Makroozoobentos, say dinamikası, biokütlə, saprobluq, indikator orqanizmlər