Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Orijinal Formalı Kompozisiyaların Tərtibatı
T.S. Məmmədov, Ş.A. Gülməmmədova

AMEA Dendrologiya İnstitutu


AMEA-nın Dendrologiya İnstitutunda aparılmış elmi-tədqiqat işində müxtəlif növ və sortlardan ibarət olan dekorativ ağac, kol və ot bitkiləri müxtəlif ölkələrdən və yerli floradan Abşeron şəraitinə intro-duksiya olunmuş, onların bioekoloji xüsusiyyətləri öyrənilmiş və bu bitkilərdən istifadə etməklə Den-drarinin və Bakı şəhərinin ərazisində müxtəlif formalı kompozisiyalar yaradılmışdır. Müəyyən edil-mişdir ki, introduksiya olunmuş dekorativ bitkilər Abşeron şəraitinə yaxşı uyğunlaşır və parklarda, xiyabanlarda müxtəlif formalı kompozisiyaların tərtibatında istifadə oluna bilər. Ağac-kol və ot bit-kilərindən istifadə etməklə orujinal formalı kompozisiyaların tərtibatına daha çox üstünlük verilməsi məqsədəuyğundur.

Orijinal, kompozisiya, bitki, dekorativ, park