Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Aşağı Temperatur Stresi Şəraitində Becərilmiş Və Sintetik Antioksidləşdiricilərlə Modifikasiya Olunmuş Dunaliella Hüceyrələrinin Funksional Fəallığı Və UB-B Tolerantlığı
Q.İ. Əli-zadə1, A.R. Cəlilova2, İ.İ. Əliyev2, Х.Х. Məhərrəmovа2
@

1 Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrası
2 Bakı Dövlət Universitetinin Biotexnologiya laboratoriyası


İşdə, aşağı temperatur stresi şəraitində becərilmiş, ionol və2,6 di-tret-butil fenolsintetik antioksidləşdiricilə-rin (SA) müxtəlif qatılıqları ilə modifikasiya olunmuş Dunaliella hüceyrələrinin çoxalma göstəriciləri veril-mişdir. Göstərilmişdir ki, aşağı temperatur stresi şəraitində 24 saat ərzində SA ilə modifikasiya olunmuş hü-ceyrələrdə sintez olunan karotinoidlərin miqdarı əvvəl (SA-nın aşağı qatılıqlarında) artır, sonradan azalır, ey-ni zamanda katalaza aktivliyi artır, LPO prosesi isə ləngiyir. Müəyyən edilmişdir ki, aşağı temperatur stresi şəraitində SA ilə modifikasiya olunmuş Dunaliella hüceyrələriUB-B şüalarının müxtəlif kəskin dozalarına qarşı yüksək funksional fəallıq göstərir.

 

Dunaliella, aşağı temperatur stresi, sintetik antioksidləşdiricilər, UB-B şüalanma