Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Abşerona İntroduksiya Edilmiş Hosta Tratt. Cinsinin Bəzi Növlərinin Biomorfologiyası
Ş.N. Qasımov, Z.B. İslamova

AMEA Mərkəzi Nəbabtat Bağı

Məqalədə Abşeronda örtülü və açıq şəraitə introduksiya edilmiş Hosta Tratt. cinsinə aid 2 növün (Hos-ta albo-marginata (Hook.) Hyl., H. plantaginea (Lam.) Aschers.) toxumla və vegetativ çoxaldılması, il-kin inkişaf dövründə morfogenezi, böyümə və inkişaf dinamikası, yaşlı bitkilərin fenologiyası, mor-fometrik göstəriciləri, vegetativ klonun formalaşması və dekorativlik xüsusiyyətləri öyrənilmişdir.

Hosta Tratt., introduksiya, morfogenez, böyümə və inkişaf, toxum və vegetativ çoxaldılma, fenologiya, dekorativlik xüsusiyyəti