Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə Əsas-Damaq Dəliyi Arasındakı Məsafənin Yaş Və Cinsi Dəyişkənliklərinin Xüsusiyyətləri
V.B. Şadlinski, K.C. Quliyeva

Azərbaycan Tibb Universiteti

Təqdim olunan məqalədə postnatal ontogenezin müxtəlif mərhələlərində kranioskopik, kraniometrik və variasion-statistik müayinə üsullarından istifadə etməklə insan kəllələrində qanadabənzər-əng yarı-ğı (QƏY) ilə əsas-damaq dəliyi (ƏDD) arasındakı məsafənin fərdi, yaş və cinsi dəyişkənliklərinin xüsu-siyyətləri öyrənilmişdir. Tədqiqatın nəticələrinə görə QƏY-in arxa divarının ortası ilə ƏDD arasındakı məsafənin orta qiyməti kişilərdə I yetkinlik dövründə sağtərəfli üstünlük təşkil edir. Kişilərdə qonşu yaş qruplarının eyniadlı tərəflərinin müqayisəsi II yetkinlik dövrünün parametrlərinin orta qiyməti-nin I yetkinlik və ahıl dövrünün parametrlərinin orta qiymətinə nisbətən soltərəfli, qadınlarda isə iki-tərəfli üstün olduğunu göstərmişdir. Həmin məsafənin cinsi dəyişkənliklərinin müqayisəli təhlili kişi-lərdə I yetkinlik dövründə, qadınlarda isə II yetkinlik dövründə sağtərəfli üstün olduğunu aşkar etməyə imkan verdi.

Qanadabənzər-əng yarığı, cins, yaş, kraniometriya, dimorfizm