Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yeni Bərk Buğda Sortu – “Korifey-88”
X.N. Rüstəmov1, 2*, Z.İ. Əkpərov2, C.M. Təlai1, M.Q. Əhmədov1, A.M. Abdullayev1, 2, M.Ə. Abbasov2, M.A. Əhmədov3, Q.M. Həsənova1, S.K. Hacıyeva1, E.R. İbrahimov1

1Əkinçilik Elmi-Tədqiqat İnstitutu
2AMEA Genetik Ehtiyatlar İnstitutu
3VİR Dağıstan filialı, Dərbənd r., Vavilovo k., Dağıstan

Məqalə Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər BTS-də çoxillik seleksiya işləri nəticəsində Milli Gen-bankda saxlanılan genofonddan istifadə etməklə yaradılmış yeni “Korifey-88” bərk buğda sortuna həsr olunmuşdur. Aqrometeoroloji göstəricilərə görə kəskin fərqlənən son 2014-2016-cı illərdə biotik və abiotik mühit amillərinə davamlı, yüksək məhsuldarlıq potensialına və dən keyfiyyətinə malik sort-larla yanaşı, yüksək adaptivlik potensialı olan sortların yaradılması göstərilmişdir. Yeni, adaptiv tipli “Korifey-88” bərk buğda sortunun biomorfoloji və aqronomik əlamət və xüsusiyyətləri bölgədə rayon-laşdırılmış standart sortlarla müqayisəli analiz edilmişdir. Müəyyən edilmişdir ki, “Korifey-88” sor-tunda sabit məhsuldarlıq və dənin keyfiyyət göstəriciləri sünbüldə dənlərin sayının çox olması və adaptivliklə bağlıdır. Yeni “Korifey-88” bərk buğda sortunun Azərbaycanın suvarılan düzən və nəm-liklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunmuşdur.

Sort, bərk buğda, adaptivlik, məhsuldarlığın struktur elementləri, dən keyfiyyəti