Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Haloragaceae R.Br. - Filgiləkimilər Naxçıvan Muxtar Respublikası Florası Üçün Yeni Taksondur
Ə.Ş. İbrahimov, F.X. Nəbiyeva, A.M. İbrahimova

АМЕА Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Məqalədə Naxçıvan Muxtar Respublikasının su-bataqlıq bitkiliyinin floristik və geobotaniki tədqiqi zamanı Babək rayonunun Araz, Uzunoba, Vayxır su anbarlarının və sızma nəticəsində ətrafda yaran-mış bataqlıq sahələrinin florası və bitkiliyi haqqında məlumat verilir. Tədqiqat nəticəsində regionun florası üçün yeni olan Haloragaceae R. Br. fəsiləsi, Myriophyllum L. cinsi və Myriophyllum spicatum L. növü aşkar olunmuşdur.

Flora, bitkilik, fəsilə, cins, yeni növ, Myriophyllum, bataqlıq, su-bataqlıq