Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Liriodendron Tulipifera L. Növünün Abşeron Şəraitində Çoxaldılması
T.S. Məmmədov, P.S. Şıxəliyeva, V.M. Novruzov

AMEA Dendrologiya İnstitutu


Tədqiqat işində Magnoliaceae Juss. (J.St. Hil.) fəsiləsinin Liriodendron L. cinsinə aid Liriodendron tulipifera L. (Tülpan ağacı) növünün Abşeron şəraitində toxumla çoxaldılması öyrənilmiş və məlum olmuşdur ki, toxumlarının stratifikasiyası dinclik dövrünün qısaldılmasında və toxumların cücərmə-sində əsas amildir. Liriodendron tulipifera L. növünün stratifikasiya olunmuş toxumları yazda açıq və örtülü şəraitdə 1,5-2,0 sm dərinlikdə səpildikdə 6,0-8,0% cücərti verir. Vegetasiyanın sonunda orta hündürlüyü 22-28 sm olan birillik L. tulipifera tinglərinin üzərində 7-15 ədəd yarpaq formalaşır. Abşe-ron şəraitində cücərtilərin inkişafı sentyabrın III ongünlüyünədək davam edir. Beləliklə, L. tulipifera L. növünün Abşeron şəraitində açıq və qapalı şəraitdə toxumla çoxaldılması tədqiqat işində öz əksini tapmaqla, gələcəkdə yaşıllaşdırmada istifadəsi tövsiyə edilir.

Liriodendron tulipifera L., çoxaldılma, toxum, introduksiya, cücərti, stratifikasiya