Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lənkəran Təbii Vilayətində Qızıl Böcəklərin (Buprestidae) Təsərrüfat Əhəmiyyətli Növlərinin Bioekoloji Xüsusiyyətləri Və Onların Zərərvermə Dərəcəsinin Kəmiyyətcə Qiymətləndirilməsi
E.A. Hüseynova

AMEA Zoologiya İnstitutu

Azərbaycanın Lənkəran bölgəsinin Buprestidae fəsiləsinin təsərrüfat əhəmiyyətli bəzi növlərinin bio-ekoloji xüsusiyyətlərin tədqiqi üçün tələb olunan material 2014-2016-cı illərdə müxtəlif təbii landşaft-lardan toplanmışdır. Aşkar olunmuş 22 növdən, Agrilinae Laporte, 1835 yarımfəsiləsinə mənsub 4 növ çoxsaylı olmuşdur. Bu növlərin (Meliboeus robustus (Küster, 1852), Coraebus rubi (Linnaeus, 1767), Coraebus elatus (Fabricius, 1787) və Agrilus viridis (Linnaeus, 1758)) bioekoloji xüsusiyyətləri öyrənil-mişdir. Bu növlərin yetkin fərdlərinin zərərliliyinin riyazi cəhətdən qiymətləndirilməsi onlara qarşı mübarizədə aqrotexniki vasitələrin məhdudlaşdırılmasının mümkünlüyü barədə fikir irəli sürməyə imkan verir.

Fəsilə, çins, böcək, sürfə, ağaç, zərərvermə