Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Müxtəlif Ekoloji Şəraitində Yayılmış Aegilops tauschii Coss. Növünün Bio-Morfoloji Xüsusiyyətləri
M.E. Eldarov, N.X. Əminov, M. Van Slageren

AMEA Genetik Ehtiyatlar İnstitutu

Millennium Toxum Bankı Kyu Kral Botanika Bağları Tərəfdaşlığı, Wakehurst Place, Ardingly, West Sussex, RH17 6TN, Böyük Britaniya

Məqalədə 2009-2016-ci illərdə Azərbaycan Respublikasının müxtəlif ərazilərinə Aegilops tauschii Coss. növünün yayılmasının öyrənilməsi ilə bağlı təşkil olunmuş ekspedisiyalar haqqında məlumat verilmiş-dir. Ədəbiyyat, herbari materiallarının öyrənilməsi və təbiətdə aparılan monitorinqlər nəticəsində Ae. tauschii növünün ekoloji-coğrafi məlumatları toplanmışdır. Nümunələrin toplanma areallarının iqlim (dəniz səviyyəsindən hündürlüyü, yağıntının miqdarı və temperatur) göstəriciləri üzrə ekoloji məlu-matları verilmişdir. Növün təyinedici cədvəli, sistematikası və bioekoloji xüsusiyyətləri haqqında mə-lumat göstərilmiş, həmin taksonların Beynəlxalq Botaniki Nomenklatura əsasında prioritet adları, əsas sinonimləri, dünyada və o cümlədən Azərbaycanda yayılma arealları göstərilmişdir.

Azərbaycan, Aegilops tauschii, bioekoloji, morfoloji, sistemetik, növmüxtəlifliyi, in-situ yayılma