Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Prenatal Dövrdə Stressə Məruz Qalmış Dölün Postnatal İnkişafında Neyroendokrin Sistemin Dinamikası
D.A. Mehtiyeva, Y.B. İsmayılov, K.Q. Qarayeva, A.T. İsmayılova, S.Q. Qarayeva2, N.O. Quliyev

Azərbaycan Tibb Universiteti II mamalıq və ginekologiya kafedrası
Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Məqalədə anaları hamiləlikdə emosional stres reaksiyalara məruz qalmış balalarda biogen aminlərin və hormonların dəyişməsinin dinamikasının öyrənilməsi məqsədilə aparılmış tədqiqatların nəticələri verilmişdir. Bu məqsədlə siçovul balalarında tədqiqat 5 ay ərzində aparılmış, bu aylara müvafiq ola-raq qanda və hipotalamusda dofaminin(DA), noradrenalinin (Na), serotoninin 5-OT və 5-oksiindol-sirkə turşusunun (5-OİST) qatılığı və qanda hormonların fəallığı öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, hamiləlikdə anaları stres reaksiyalara məruz qalmış siçovul balalarının qanında və hipotalamu-sunda DAvə NA miqdarı normal balaların müvafiq göstəriciləri ilə müqayisədə bütün təcrübə ərzində yüksək olur. Lakin 5-OT və 5-OİST hər iki mühitdəki fəallığı zəifləyir. Buna müvafiq olaraq hormo-nal göstəricilər də kəskin dəyişir. Belə balalarda adaptiv funksiyalar pozulur, inkişaf tempi nisbətən zəif olur, reproduktiv funksiyalar pozulur.

Stress, monoamin, hormon, hipotalamus, dofamin, noradrenalin, serotonin