Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xlorid Duzlaşma Şəraitində Ağır Metalların (Pb, Ni və Cu) Təsiri İlə Bitkilərdə Stress-Adaptiv Fizioloji Dəyişkənliklərin Müqayisəli Tədqiqi
T.S. Şirvani, Ə.C. Səmədova, İ.T. Piriyev, M.Ə. Ənnağıyeva, G.X. Babayeva, X.L. Salayeva, F.K. Əliyeva, V.M. Əlizadə

AMEA Botanika İnstitutu


Xlorid duzlaşma ilə müşaiyət olunan müxtəlif təbiətli ağır metallara balqabaq bitkisinin adaptasion fizioloji- biokimyəvi cavab reaksiyalarının keyfiyyət fərqləri - böyümə parametrləri, müxtəlif azot formalarının top-lanması və proteolitik fermentlərin fəallığının dəyişməsi göstərilmişdir. Təsdiq edilmişdir ki, bitkilərin toksi-kantların birgə təsirinə cavab reaksiyaları onların növündən və konkret ekoloji qrupa mənsub olmasından ası-lıdır. Nəticələr qlikofitlərə mənsub olan Cucurbita pepo L.-in xlorid duzlaşma şəraitində misə aşağı növspe-sifik tolerantlığa, qurğuşun və nikelə isə nəzərəçarpan davamlığa malik olduğunu göstərmişdir.

 

Qurğuşun, nikel, mis, şoranlaşma, stress, balqabaq, böyümə, azot mübadiləsi, proteinazalar, kross-adaptasiya