Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lənkəran Təbii Vilayətində Yayılmış Uzunbığ Böcəklərin (Cerambycidae) Xoroloji Analizi
İ.Q. Kərimova

AMEA Zoologiya İnstitutu

Lənkəran Təbii vilayətində yayılmış uzunbığ böcəklərin xoroloji analizi faunanın əsasının kifayət qə-dər geniş yayılmış növlər tərəfindən təşkil olunduğunu göstərmişdir. Bu növlər Transpalearktik, Avro-pa-Sibir, Avropa, Çöl, Avropa-Aralıq dənizi, Aralıq dənizi, Şərqi Aralıq dənizi, Paleotropik areal tipi-nə aiddir. Faiz nöqteyi-nəzərincə Avropa (22%), Şərqi-Aralıq dənizi (20%) və Transpalearktik (14%) növləri üstünlük təşkil etmişdir. Paleotropik qrup ən azsaylı (2%) qrup olmuşdur. Bu qrupa yalnız bir növ daxildir (Hylotrupes bajulus). Lənkəran Təbii vilayətinin Cerambycidae faunası 2 endemik növlə (Purpuricenus talyshensis Reitter, 1891 və Dorcadion (Cribridorcadion) talyschense Ganglbauer, 1884) xarakterizə olunur.

Cerambycidae, uzunbığ böcəklər, xoroloji təhlil, areal