Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Respublikası Florası Üçün Yeni Quşarmudu (Sorbus L.) Növləri
T.H. Talıbov, Ə.M. İbrahimov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Aparılan çoxillik tədqiqatlar, o cümlədən elmi ekspedisiyalar zamanı toplanan materialların təhlili və ədəbiyyat məlumatlarının araşdırılması nəticəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikası florası üçün yeni olan Sorbus albovii Zinserl., S. armeniaca Hedl., S. buschiana Zinserl., S. caucasica Zinserl., S. fedorovii Zaikonn., S. kusnetzovii Zinserl., S. migarica Zinserl. və S. tamamschjanae Gabr. növləri müəyyən edilmişdir. Məqalədə, növlərin sinonimləri, yüksəklik qurşaqları üzrə yayılma qanu-nauyğunluqları, biotopu, çiçəkləmə və meyvənin yetişmə müddətləri haqqında da məlumatlar öz əksini tapmışdır.

Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Sorbus L., yeni növlər, sistematika, yayılma arealları