Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ferula calcarea Növü Köklərindən Alınan Bəzi Bitsiklik Monoterpen Spirtlərlə Aromatic Turşuların Mürəkkəb Efirləri
İ.Q. Heydərov, S.V. Sərkərov

AMEA Botanika Institutu


Ferula calcarea M.Pimen. (Apiaceae) növünün köklərindən ekstraktiv maddələr cəmindən sütunlu xro-matoqrafiya metodundan istifadə edərək fərdi şəkildə iki kristallik maddə (C17H22O3, ə.t. 167,0-168,0°C (1) və C18H24O4 ə.t. 84,0-85,0°C (2)) alınmışdır. İQ-, NMR 1H, 13C, 13C Dept 135 və kimyəvi (qələvili hidroliz) nəticələrin əsasında sübut edilmişdir ki, alınan maddələr uyğun olaraq l-çimqin və l-çimqanin quruluş for-mullarına malikdirlər.

Ferula calcarea, birsiklik monoterpenlər, mürəkkəb efirlər, para-hidroksi-benzoy turşusu, vanil turşusu