Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bitkilərin Stresdən Müdafiəsində Qeyri-Fermentativ Antioksidant Maddələrin Rolu (icmal)
D.R. Əliyeva

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Ətraf mühitin qeyri-əlverişli şəraiti nəticəsində əmələ gələn oksidləşdirici stresə qarşı bitkilər kifayət qə-dər davamlı olurlar. Bu bitki hüceyrələrinin möhkəm müdafiə mexanizmlərinə malik olması ilə izah olunur. Bitkilərin antioksidant müdafiə sistemi (AOS) mürəkkəb və çox komponentlidir. Bu sistem kiçik molekul çəkili qeyri fermentativ antioksidant maddələrdən və iri molekul çəkili antioksidant ferment-lərdən ibarətdir. Qeyri fermentativ sistem daha mürəkkəb və çoxşaxəlidir. Bu maddələr birbaşa və ya dolayı yolla antioksidant təsirə - membran-protektor, şaperon, siqnal-requlyator və s. malikdirlər.

Antioksidant müdafiə sistemi, qlutation, tokoferol, riboflavin, prolin