Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Populyasiyasının STR Markerlərlə Tədqiqi: II. STR Markerlərin Allel Strukturu Əsasında Müqayisəli İnterpopulyasion Analiz
N.Ş. Mustafayev, Ə.Ç. Məmmədov, E.R. Məmmədov2, F.R. Hüseynova, Ə.B. Həsənov, İ.M. Hüseynova

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya”
Elmi-Təcrübi və Tədris Birliyi

302 nəfərdən ibarət Azərbaycan populyasiyası əsas insan identifikasiyasının dəstini təşkil edən 15 ədəd STR markerlərlə tədqiq olunmuş, hər bir STR lokusun məhkəmə-tibbi və populyasion-genetik para-metrləri müəyyən edilmişdir. Digər parametrlərlə yanaşı hər bir lokusun Hardy-Weinberg tənliyi (HWE) üzrə testlərin dəqiqliyinin P-kriteriyasının hesablanmış qiymətləri (PHWE) göstərmişdir ki, populyasiyamız üçün ayrı-ayrılıqda yalnız vWA lokusu üzrə bu parametr statistik əhəmiyyətli qiymətə (PvWA=0,0006) malikdir. 15 STR lokusun məcmusu üzrə kombinə edilmiş inkaretmə gücü (combined power of exclusion, CPE=0,99999935), kombinə edilmiş diskriminasiya gücü (combined power of discriminancy, CPD=0,9999999999999999965), kombinə edilmiş atalıq indeksi (combined paternity index, CPI= 1466339,18) və atalıq ehtimalı (PP=0,99999932) kimi parametrlərin qiymətləri isə göstər-mişdir ki, tədqiq olunan populyasiya üzrə identifikasiya məsələlərində bu lokuslar toplusu tam əmin-liklə tətbiq oluna bilər. İlkin qiymətləndirmələr D21S11, D2S1338, D18S51 və FGA STR marker-lərinin populyasiyamız üçün daha informativ olduğunu göstərir. Bundan başqa STR markerlərin allel tərkibi, allel tezlikləri və əsas populyasion-genetik parametrlər əsasında populyasiyamız ilə digər 14 dünya populyasiyaları arasında aparılan müqayisəli analizlərlə müəyyən edilmişdir ki, müqayisə olunan populyasiyalar arasında ayrı-ayrı STR lokusların allel tərkibi və aşkarlanan allellərin tezlikləri üzrə müxtəlif dərəcədə fərqlər mövcuddur. Əsaslı fərqlər STR markerlərin həm yüksək tezlikli major, həm də aşağı tezlikli minor allelər sahəsində müşahidə olunur.

STR lokus, kombinə edilmiş diskriminasiya gücü, kombinə edilmiş inkaretmə gücü, kombinə olunmuş tipik atalıq indeksi, atalıq ehtimalı, interpopulyasion müqayisəli analizlər