Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Konkret Antigenə Qarşı İmmun Cavabının Autoimmun Supressiyası
A.Ə. Mehdiyev, A.İ. Nağıyev, K.F. Hüseynova

AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu 

 

Məqalədə autologik antiidiotipik anticisimlərin vasitəsi ilə konkret antigenə qarşı immun cavabının supressiyası ilə bağlı eksperimentlər əks olunur. Ekspe­rimentlər “Şinşilla” növü ada dovşanlarının üzərində aparılıb. Heyvanlar öküz zər­dab albu­mini (ÖZA) ilə immunizə olunub, qandan immuno­qlo­bulinlər ayrılıb, immun affin xromatoqrafiyası vasitəsi ilə ÖZA qarşı poliklonal anticisimlər təmiz­lənilib, enzim (pepsin) köməyi ilə onlar parçalanıb və gel-xromatoqrafiya üsulu ilə ÖZA qarşı anticimlərin F(ab)2-fraqmentləri təmizlənilib. Ada dovşanların ÖZA qarşı autolo­gik anticisimlərin F(ab)2-fraqmentləri ilə immunizə edilməsi, qabağ­cadan yaradılmış ÖZA qarşı immun cavabının gözəcarpan zəifləməsinə gətirib çıxarırdı.

İmmun cavabın supressiyası, anticisim, , антитела, öküz zərdabı albumini, interleykin