Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ağ Siçovulların Baş Beyin Strukturlarının Toxumalarında LDH və PK Fermentlərinin Fəallığının Orqanogenezdə Tətbiq Edilən Hipoksiyanın Təsir Səviyyəsindən Asılılığı
A.M. Rəşidova, U.F. Həşimova

AMEA A.İ. Qarayev adına Fiziologiya Institutu

 

Məqalə prenatal inkişafın orqanogenez mərhələsində 5%, 10% və 12% hipoksiyanın təsirinə məruz qalmış ağ siçovulların baş beyin strukturlarında energetik mübadiləsinin LDH və PK fermentlərinin fəallığının erkən postnatal ontogenezdə və cinsi yetkinlik dövründə dəyişmə dinamikasının tədqiq etməyinə həsr olunmuşdur. Müəyyən edilmişdir ki, hər iki fermentin fəallığı hipoksiyanın təsirinə ca­vab olaraq etibarlı dərəcədə yüksəlir. Alınmış nəticələrin təhlili təqdim olunur.

Laktatdehidrogenaza (LDH), piruvatkinaza (PK), ağ siçovul, prenatal hipoksiya, postnatal ontogenez, baş beyin strukturları, enerji mübadiləsi