Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Sistemik Zədələyici Proseslər – Cərrahiyyənin Fundamental Nəzəriyyələrinə Ümumi Baxış: İntoksikasiyadan Günümüzdəki SİRS Və Sepsisə
N.Y. Bayramov. A.Ə. İbrahimova

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası

 

İcmal məqalədə təbəbətin, xüsusən cərrahiyyənin ən önəmli fundamental və kliniki problemlərindən olan sistemik zədələnmə prosesinin təbiəti yaxud lokal zədələnmənin orqanizmin total zədələnməsinə gətirib çıxarma yolları haqda müasir ədəbiyyat mənbələri ətraflı təhlil edilmişdir. Sistemik zədələyici prosesin təbiəti ilə əlaqədar məlum olan birbaşa zədləyici (intoksikasiya və infeksiya) və auto-des­triuk­siya nəzəriyyələrinin (şok, stress, metabolik və SİRS-sepsis) çatışmayan cəhətləri və klinik təbabətə gətirdikləri müddəalar haqqında qısa məlumat verilmişdir. Hazırda sistemik zədələyiçi proses kimi hakim nəzəriyyə hesab edilən və əsasında immun disrequlyasiyaya duran sepsisə və diffuz iltihaba xüsusi yer verilmişdir.

SİRS, intoksikasiya, sepsis, şok, septik şok, disfunksiya, iltihab, sistemik zədələyicilər