Kiçik Qafqazın Şimal-Şərq Hissəsində Yayılan Bəzi Qıjıkimilərin Yeni Yayılma Sahələri Və Onların Ekoloji Xüsusiyyətləri
AMEA Genetik Ehtiyatlar İnstitutu
Gəncə Dövlət Universiteti
Kiçik Qafqazı şimal-şərq hissəsində 2014-2016-cı illərdə aparılan ekspedisiyalar zamanı toplanılan herbari və deskriptor məlumatlarının təhlili nəticəsində bu region üçün yeni olan 3 növ (Polypodium interjectum Shivas, Polystichum illyricum (Borb.) Hahne, Cystopteris anthriscifolia Fomin), 1 növmüxtəlifliyi (Polystichum aculeatum var. aristatum (Christ) A.Askerov) və 1 yeni ekotip (Adiantum capillus-veneris L., “alçaqboylu- Gəncə”) müəyyən edilmişdir. Məqalədə həmin bitkilərin aşkar edildiyi ərazilərin üçölçülü məkan göstəriciləri, taksonların nomenklaturası, morfo-bioloji dəyişkənliyi, nomenklatur tipləri haqda məlumat verilir.
Kiçik Qafqaz, sistematika, areal, Adiant, Şirinkök, Cərgəvər, Qovuqluca