Yumşaq Buğda (Triticum aestivum L.) Genotiplərində TdicDRF1 Geninin Tək Nukleotid Polimorfizmləri (TNP) Əsasında Müqayisəli Tədqiqi
AMEA Genetik Ehtiyatlar İnstitutu
Tədqiqat işində 48 payızlıq yumşaq buğda genotipində TdicDRF1 (ABA- asılı olmayan) transkripsiya faktorunu kodlaşdıran genin skrininqi aparılmış və bir hissəsinin sekvenslənməsi yerinə yetirilərək tək nukleotid polimorfizmlərinə görə müqayisə edilmişdir. Tədqiq olunan nümunələrin amplifikasiya olunmuş gen fraqmentində ümumilikdə, 94 tək nukleotid polimorfizmi (TNP) müəyyən olunmuşdur ki, onlardan 48-i tranzisiya, 27-si isə transversiya tipli TNP-lərə aid olub, umümi polimorfizmin müvafiq olaraq 51 və 29%-ni təşkil etmişlər.
TNP, sekvens, transkripsiya amili, abssiz turşusu, TdicDRF1