Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xəzərin Şimali Abşeron Körfəzinin Makrozoobentosu
G.S. Mirzəyev, A.R. Əliyev

Azərbaycan Dövlət İqtisad Universiteti 

AMEA Zoologiya İnstitutu

 

Məqalə 2011-2013-cü illərdə Xəzərin Şimali Abşeron körfəzinin makrozo-obentosunun fəsillər üzrə növ tərkibinin və miqdarca inkişaf dinamikasının öyrənilməsinə həsr olunmuşdur. Şimali Abşeron körfəzində 9 sistematik qrupa mənsub olan 46 növ makroonurğasız heyvan qeyd edilmişdir. Qeyd edilən növlərdən 3-ü (İ.michaelseni, A.spinosa, C.marinus) körfəzin faunası üçün ilk dəfə olaraq göstərilir. Maksimal növmüxtəlifliyi yaz – yay fəsillərində (30 – 46 növ), minimal növmüxtəlifliyi isə payız fəslində (25 – 30 növ) qeydə alınmışdır. Makrozoobentik orqanizmlərin orta illik bioktləsi 95,66 q/m2 – 107,92 q/m2, sayı 1217 – 1453 fərd/m2 arasında dəyişilir. Orqanizmlərin maksimal biokütləsi yay fəslində 122,88 – 139,14 q/m2, minimal göstəricisi isə payız fəslində 71,49 – 81,23 q/m2 qeyd edilmişdir.

Şimali Abşeron körfəzi, makrozoobentos, biokütlə, makrozoobentik orqanizmlər, növ müxtəlifliyi