Cənubi Xəzərin Kiçik Qızılağac Körfəzində Sıfın – Sander Lucıoperca (Lınne, 1758) Bioekoloji Xüsusiyyətləri
Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu
2009-15-ci illərdə Cənubi Xəzərin Kiçik Qızılağac körfəzində ixtioloji tədqiqatlar
aparılarkən 119 ədəd sıf ovlanmış, onların bio-ekoloji xüsusiyyətləri
(bədənin uzunluğu, kütləsi və dolğunluğu, yaş tərkibi, məhsuldarlığı s.)
müəyyən edilmişdir. Kiçik Qızılağacda yaşayan digər balıqların
populyasiyalarının say dinamikasına yırtıcı balıqlardan olan çay
sıfının əhəmiyyətli təsir etməsi ilə əlaqədar onun ehti¬yatlarının
tənzimlənməsi vacib hesab olunur. Bu məqsədlə körfəzdə spinninqlə
həvəskar balıq ovunun inkişaf etdirilməsi təklif olunur.
Sıf, yaş tərkibi, bio-ekoloji xüsusiyyətlər, dolğunluq, yırtıcı balıqlar, məhsuldarlıq, Kiçik Qızılağac