Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Böyük Qafqzınfıstıq Ağaclıqlarının Müasir Vəziyyəti
A.B. Yəhyayev, E.P. Səfərova, F.S. Seyfullayev

 Memarlıq və İnşaat Universiteti

AMEA Mərkəzi Nəbatət Bağı

 

Respublikanın şimal reqionundakı fıstıq ağaclıqlarının vəziyyətlərini müəyyən etmək üçün üç təsərrüfatda 16 təcrübə sahəsi qoyulmuşdur. Ağaclıqların vəziyyəti müxtəlif meşəbitmə şəraitlərində ağacların çətirlərindəki yarpaqların və budaqların xarici əlamətlərinə görə təyin edilmişdir. Aparılan təcrübələrin nəticəsi olaraq müəyyən edilmişdir ki, yarpaqların defoliasiya dərəcəsinəgörə zədələnmiş ağacların sayı meşə tiplərinə və ağac cinslərinə görə aşagıdakı kimi dəyişilir: ölü örtüklü meşə tipində fıstıq -3-6%, vələs – 17-21%; taxılotu örtüklü meşə tipində fıstıq – 26-32%, vələs – 31-40%, palıd – 39-42%. Yarpaqların dexromasiya dərəcəsinə görə tədqiq edilən ağaclıqlarda sağlam ağaclar (fıstıq – 87%, vələs – 74%, palıd – 57%) üstünlük təşkil edir. Ağaclıqların vəziyyətinin, quru budaqların sayına görə tədqiqi göstərdi ki, ölü örtüklü meşə tipində ağaclıq­la­rın əsasını 1-ci zədələnmə sinifinə ( quru budaqları 10%-ə qədər), taxılotu örtüklü meşə tipində isə - 2-ci zə­də­lənmə sinifinə (16-40%) aid ağaclar təşkil edir. Ağacların zədələnmə indeksinə görə tədqiq edilən ağaclıqlarım sağlamlıq vəziyyəti aşağıdakı kimi qiymətləndirilir: ölü örtüklü meşə tipində - sağlam, müx­təlfotlu tipdə - zəif, taxılotu örtüklü tipdə - çox zəif.

Ağaclıqlar, vəziyyət, yarpaqlar, budaqlar, ağacların çətiri, əlamətlərin cəmi, zədələnmə sinifləri