AMEA Mərkəzi Nəbatat Bağı
Məqalədə Azərbaycanın təbii florasında yayılmış və introduksiya olunmuş çılpaqtoxumlu bitkilərin mənşəyi, tarixi təkamülü müxtəlif müəlliflərin əsərlərini ümumiləşdirərək araşdırılmışdır. Çılpaq-toxumlu bitkilər öz başlanğıclarını Poleozoy erasının Devon dövrünün ikinci yarsından götürmüşdür. Müasir floraya məxsus bitkilərin areallarının formalşması Kaynazoyun əvvələrinə təsadüf edir. Kaynazoy erasının üçüncü dövrünün Paleosen və Eosen mərhələlərində iqlim isti və rütubətli olmuş-dur. Bu dövrdə Poltav florası - əsasən həmişəyaşıl bitkilər üstünlük təşkil etmiş, onların arealları Ark-tikadan Antarktidaya qədər genişlənmişdir. Üçüncü dövrün Oliqosen mərhələsinin əvvəlirindən etibarən həmişəyaşıl Poltav florasını yarpaqlarını tökən Turqay florası sıxışdırmağa başlamışdır. Məqalədə həmçinin Azərbaycan dendroflorasında olan çılpaqtoxumlu bitkilərin müasir təsnifat əsasında ümumi siyahısı və statusları verilmişdir.