Xerson Dövlət Aqrar Universiteti, Ukraina
Suvarma və mineral gübrələrin təsiri ilə adi (yağlı) kətan əkinləri tərəfindən qida elementlərinin udulması və yerüstü hissənin formalaşması prosesləri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, maksimum quru kütlənin yaranması, əkinlər tərəfindən azot və kaliumun ən yüksək miqdarda toplanması kütləvi cücərtilərin meydana gəlməsindən 70 gün, fosforun isə 80 gün sonra baş verir. Mineral qidalanma fonunun gücləndirilməsi əkinlərin bioloji kütləsini və onda akkumulyasiya olunan qida elementlərinin miqdarını artırır. Qida elementlərinin ən yüksək gündəlik udulması kultura cücərtilərinin meydana gəlməsindən sonra 30-60-cı günlər arasında baş vermişdir. Bitkilər tərəfindən biogen elementlərin udulmasında müəyyənedici göstərici bioloji kütlənin artmasıdır ki, bu da bitki orqanlarında onların miqdarının “durulaşma effekti” ilə müşayiət olunur.