Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta, Marchantiophyta) Məlumat Siyahısı
AMEA Botanika İnstitutu
Məqalədə Azərbaycanın Bozqır yaylasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilən briofit-lərin məlumat siyahısı verilmişdir. Briofloristik tədqiqatlar nəticəsində müəyyən edildi ki, yaylada yayılan yarpaqgövdəli mamırkimilər 16 fəsilə, 30 cinsə aid 71 taksonla, ciyərotu mamırları isə 5 fəsilə, 5 cinsə aid 5 taksonla təmsil olunur. Yarpaqgövdəli mamırlar içərisində takson sayına görə Pottiaceae (27), Grimmiaceae (8), Bryaceae (7) və Orthotrichaceae (5) fəsilələri üstünlük təşkil edir. Takson sayına görə Bryum (7), Grimmia (7), Tortula (5), Syntrichia (5), Didymodon (5) və Orthotrichum (5) ən zəngin cinslərdir.
Bozqır yaylası, ciyərotu mamırları, yarpaqgövdəli mamırlar, məlumat siyahısı, takson