AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
С4-fotosintezinmüxtəlif yarımtiplərinə aid olan Salsola dendroidies, Suaeda a ltissima, Neoa mucranata (Chenopodiaceae) və Sorghoum bicolor (Poaceae) növlərində fosfoenolpiruvat karboksilaza (PEPC), alaninaminotransferaza (AlAT), aspartataminotransferaza (AsAT) fermentlərinin aktivliyi və kinetik parametrləri substratın qatılığından və temperaturdan asılı olaraq öyrənilmişdir. NADP-ME yarım-tipinə aid olan S. bicolor və N. mucranata növlərində C4-siklinin ilkin fermenti olan fosfoenolpiruvat karboksilazanın aktivliyi NAD-ME yarımtipinə aid olan S. dendroidies və S. altissima növləri ilə müqa-yisədə daha yüksək olmuşdur. Göstərilmişdir ki, alaninaminotransferaza və aspartataminotransferaza üçün reaksiyanın maksimal sürəti (Vmax) S. dendroides və S. altissima növlərində daha yüksəkdir. Təd-qiq olunan növlərdə temperaturun 5°C-dən 15°C-yə qədər yüksəlməsi fosfoenolpiruvat karboksilaza fermentinin aktivliyinin 3-4 dəfəyə qədər artmasına səbəb olmuşdur. Müəyyən edilmişdir ki, fosfoenolpiruvat karboksilaza fermentinin maksimal aktivliyi 35-45°С intervalında dəyişir.