Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
7 Ali Bitkinin Zülal Kodlaşdıran Nüvə Genlərinin Potensial Transkripsiya Start Saytlarının Müəyyənləşdirilməsi
H.F. Quliyeva, Ə.Ü. Abduləzimova, N.Ş. Mustafayev, İ.Ə. Şahmuradov

AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu

 

Birləpəli Oryza sativa Zea mays, ikiləpəli Arabidopsis thaliana, Glycine max, Medicago truncatula, Populus trichocarpa Vitis vinifera bitkilərinin müvafiq surətdə 22258, 23330, 17896, 18226, 17645, 38702 və 11035 zülal kodlaşdıran nüvə genlərinin [1000:+101] 5'-nahiyyələrində (+1: genlərin an­nota­siya olunmuş start nöqtəsi) TSSPlant kompüter proqramının köməyi ilə potensial transkripsiya start sa­ytlarının (TSS) - promotorların axtarışı həyata keçirilmişdir. Nəticədə 7 bitki növündən 149092 ge­nin hər biri üçün ən azı bir potensial TSS müəyyənləşdirilmişdir. Aşkar olunmuş promotorların həm bütün genlər üzrə, həm də ayrıca olaraq  plastid və mitoxondri təyinatlı genlər üzrə müqayisəli təhlili aşkar etmişdir ki, bu orqanizmlərin hamısında bütün hallarda qeyri-TATA promotorlar aşkar üstün­lük təşkil edirlər (~30% TATA/70% qeyri-TATA). Hər bir gen üçün annotasiya olunmuş gen başlan­ğıcına ən yaxın TSS götürülməklə, potensial TSS (TSSp) və gen başlanğıcı arasındakı məsafələrin təhlili göstərmişdir ki, bütün orqanizmlər üzrə genlərin təxminən 70%-i üçün  bu məsafə 100 nc-dən çox deyildir. Bu müşahidə TSSPlant proqramının kifayət qədər yüksək axtarış dəqiqliyinə dəlalət edir.

Ali bitki, genom, gen, TATA-boks, promotor, TSS, kompüter analizi