Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanda Buğda Genotiplərində Gövdə Pasının TKTTF Ras Qrupuna Effektiv Davamlı Sr11, Sr26 və Sr31 Genlərinin İdentifikasiyası
S.M. Rüstəmova, A.T. Hacıyeva, Ş.F. Sadıqov, Ə.Ç. Məmmədov, I.M. Hüseynova

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

 

İlk dəfə olaraq KASP (Kompetitive Allele Specific PCR) genotipləşdirmə texnologiyası tətbiq olunmaqla buğdanın rüşeym plazması yoxlanılmış və gövdə pasının Azərbaycanda yayılan TKTTF ras qrupuna effektiv davamlı gen mənbələri xarakterizə edilmişdir. Diallel tipli KASP_6BL_BS0074288_51 praymeri ilə aparılan Real zamanda gedən PZR (RT-PZR) analizləri nəticəsində 34 buğda genotipindən 9-nun,  KASp_6BL_Tdurum contig55744_822 praymeri ilə 10 genotipdən 7-nin 6B xromosomunda Sr11 geni identifikasiya edilmişdir. Dominant STS marker Sr26#43 ilə aparılan PZR nəticəsində 42 buğda genotipindən 11-də Sr26 geni üçün diaqnostik amplikon hesab olunan  207 bp uzunluğunda fraqment sintez olunmuşdur. 42 buğda genotipinin 1BL.1RS translokasiyasında yerləşən Lr26-Sr31-Yr9 lokusun spesifik İag95 praymeri ilə analizi zamanı 8 genotipdə Sr31 geni üçün xarakterik 1100 bp uzunluğunda DNT fraqmentin sintezi müəyyən  edilmişdir. 

Buğda, Puccinia graminis f. sp. tritici, Sr11, Sr26, Sr31, KASP-genotipləşdirmə, RT-PZR