Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Nanohissəciklərin Bitki Hüceyrələrinin Plazmatik Membranında Elektrogen İon Nasoslarının Fəallığına Təsiri
İ.S. Əhmədov, V.N. Ramazanlı, N.C. Ağayeva, M.Ə. Ramazanov

Bakı Dövlət Universiteti

    Təqdim olunan araşdırmalarda nanohissəciklərin bitki hüceyrələri ilə qarşılıqlı təsiri zamanı plaz­ma­tik membranda H+-ATFaza və redoks elektrogen ion nasoslarının fəaliyyətinin dəyişmə kinetikasına baxılmışdır. Müəyyən edilmişdir ki, nanohissəciklər növündən, konsentrasiyasından və ekspozisiya müd­dətindən asılı plazmatik membranın elektrik parametrlərini dəyişir. 21 nm ZrO2 və Al+Ni nano­hissəcikləri MP daha çox depolyarizasiya edir və əsasən H+-ATFaza elektrogen proton pompanının fəaliyyətinə təsir edir. Nanohissəciklər redoks tipli proton pompaya ciddi təsir etmir.

Nanohissəciklər, plazmatik membran, membran potensialı, membran müqaviməti, ion nasosları, H+-ATFaza, redoks sitem