Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Fizioloji Qələvi Duzların Buğda Və Qarğıdalı Toxumlarının Şişmə Və Cücərmə Proseslərinə Təsiri
S.M. Abduyeva-İsmayılova
@

   Bakı Dövlət Universiteti

    NaNO3 və Ca(NO3)2 fizioloji qələvi duzlarının buğda və qarğıdalı toxumlarında ontogenezin ilk mər-hələlərinə - suyun udulması, şişmə və cücərmə proseslərinə təsiri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, kontrol varianta uyğun olaraq, duzların təsiri zamanı quru toxumlar tərəfindən suyun udulması və şişmə prosesi kinetik əyrilərinə görə eyni qanunauyğunluqla baş vermiş, yalnız miqdarca fərqlən­mişdir. Fizioloji qələvi duzlar buğda toxumlarının cücərməsinə mənfi təsir göstərmiş, 0,4 M qatılıqda isə cücərmə ümumiyyətlə müşahidə olunmamışdır. Duzlar, xüsusilə də NaNO3-ünqarğıdalı toxum­la­rı­nın cücərməsinə mənfi təsiri daha çox olmuşdur. NaNO3 və Ca(NO3)2 yüksək qatılıqlarında cücər­mə­nin baş verməməsi ionların spesifik təsiri ilə izah oluna bilər.

Fizioloji qələvi duzlar, hidratlaşma, şişmə, cücərmə, cücərmə enerjisi, cücərmə faizi