Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yumşaq Buğda (T. aestivum L.) Genotiplərində Qliadin Allel Komponentlər Bloklarının İdentifikasiyası
S.B. Sadıqova, H.B. Sadıqov, Ə.Y. Kərimov, G.Ə. Məmmədova, Z.İ. Əkbərov

Genetik Ehtiyatlar İnstitutu

  Tədqiqat işində 33 yumşaq buğda növmüxtəlifliyinin qliadin ehtiyat zülalları əsasında elektroforetik ana­lizi aparılmışdır. Tədqiqatdaməqsəd yumşaq buğda növmüxtəlifliklərinin qliadinkodlaşdıran lo-kus­ların allel komponentlər bloklarını müəyyən etmək olmuşdur. Yumşaq buğda növmüxtəlifliklə­ri­nin 7 qliadinkodlaşdıran lokus üzrə 58 allel komponentlər blokları, onlardan 50-si məlum, 8-i isə yeni ol­maqla müəyyən edilmişdir. Belə ki, yerli yumşaq buğda nümunələrində dünya kolleksiyasında rast gəlinməyən qliadinkodlaşdıran lokusların yeni allel komponentlər blokları (Gli 1B23, Gli 1B24, Gli 1B25, Gli 1B26, Gli 1B27 və Gli 6A14, Gli 6A15, Gli 6A16) identifikasiya edilmişdir. Gli1A4 və Gli1A10 allel komponentlər bloklarının rast gəlmə tezliyi yüksək olmuş və Gli1A4 allel blokunun  yerli yumşaq buğda sortlarında dənin keyfiyyətinin  genetik markeri olduğu təsbit edilmişdir.

T. aestivum L., qliadin, elektroforeqrama, allel, allel komponentlər blokları, marker