Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Şirvan Bölgəsində Qoyunların Trixostrongilidlərinin (Trichostrongylidae Leiper 1912) Yayılmasının Landşaft-Ekoloji Xarakteristikası
A.A. Əzizova

Azərbaycan ET Baytarlıq İnstitutu

     Məqalədə Şirvan bölgəsinin dağlıq, dağətəyi və düzənlik ərazilərində qoyunlarda aşkar edilmiş Strongil­yata yarımdəstəsinin Trichostrongylidae fəsiləsinin Trichostrongylus cinsinə mənsub olan tri­xos­trongilidilərin növ tərkibi, onların mövsümdən asılı olaraq yayılması barədə məlumat verilir. Apa­rılmış tədqiqat işlərinin nəticələrinin təhlili göstərir ki, qoyunların trixostrongilidilərlə yoluxma­ları yük­sək dağlıq, dağlıq, dağətəyi və düzənlik ərazilərdə fərqlidir. Yoluxma düzənlik ərazilərdə  nis­bətən zəif, digər ekoloji landşaftlarda isə yüksək ekstensivliklə müşahidə olunur. İnvaziyanın in­ten­sivliyi yaz­dan başlayaraq yüksəlməyə başlayır. Yayda nisbətən zəifləyir, payızda yenidən yük­sələn xətlə inki­şaf edərək qışda pik nöqtəyə çatır.

, yumurta, koproloji müayinə, yarma müayinəsi, dehelmintizasiya