Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Quba Və Altıağac Meşələrində Səciyyəvi Və Qeyri-Səciyyəvi Quşların Reproduktiv Populyasiyaları
Ş.M. Cəfərova

Bakı Dövlət Universiteti, Azərbaycan

    Şərqi-Qafqaz meşələri ayrı zoocoğrafi rayon olub, buranın aviafaunasına dair məlumatlar XIX-cu əsrdən indiyə qədər olan vaxtı əhatə edir. Lakin ərazidə quşların məskunluğu populyasiya səviyyəsində müqayisə edilməyib. Məqalədə verilən məlumatlar müəllif tərəfindən 2013-2015-ci illərdə toplanıb. Material ın ekoloji qiymətləndirilməsi multiparametrli üsulla icra edilib. Müasir dövrdə bu ərazidə quşların mozaik yayılmasını 2 qrupa ayırmaq olar: səciyəəvi və qeyri-səciyyəvi meşə quşları. Birinci qrupun həyat tərzi meşədən tam asılıdır, amma 2-ci qrup meşədə nəsil verir, yemlənmək və başqa təlabatı üçün açıq sahələrə uçurlar.

Quş, fauna, say dinamikası, növ, areal