Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Qobustanın Linyphiidae Fəsiləsinə Aid Hörümçəklərinin (Arachnida: Araneae) Öyrənilməsinə Dair
T.V. Nuruyeva

Zoologiya İnstitutu

   Məqalədə Qobustanın Linyphiidae fəsiləsinə aid hörümçəklərinin faunası haqqında məlumat verilir. Səkkiz növ (Agyneta rurestris (C.L.Koch, 1836), Alioranus pastoralis (O. Pickard-Cambridge, 1872), Pelecopsis crassipes Tanasevitch, 1987, Styloctetor romanus (O. Pickard-Cambridge, 1872), Tapynocyba pallens O.Pickard-Cambridge, 1872, Thyreosthenius parasiticus (Westring, 1851), Trichopterna cito (O.P.-Cam­bridge, 1872),  Diplocephalus sp.) Qobustan ərazisi üçün ilk dəfə qeyd olunur. Onlardan 2 növ - Tapynocyba pallens O.Pickard-Cambridge, 1872 və Thyreosthenius parasiticus (Westring, 1851) Azərbaycan, bir növ isə Alioranus pastoralis (O. Pickard-Cambridge, 1872) Qafqaz faunası üçün yenidir.  

Fauna, hörümçəklər, Linyphiidae, yeni qeydlər, Qobustan