Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Siçovullarda Sinir Sisteminin Müxtəlif Fenotipindən Asılı Olaraq Həyəcanlılıq Durumunun Aminergik Göstəricilərinə Flüoksetinin Təsiri
X.Y. İsmayılova, M.V. Məcidi, A.L. Cəlilova

 A.İ.Qarayev adına Fiziologiya İnstitutu

İslam Azad Universiteti, Təbriz, İran İslam Respublikası

   Biokimyəvi analizin nəticələri fluoksetinin birdəfəlik yeridilməsindən 1 saat sonra beynin MA-ergik sis­temlərinin onun təsirinə cavab vermək xüsusiyyətlərini aşkara çıxartdı. Belə ki, EH heyvanlarda kon­trol heyvanlarla müqayisədə preparatın yeridilməsindən sonra hipotalamusda NA-nin miqdarının etibarlı artması ilə müşaiyət olunan 5-HT-nin miqdarının azalması qeyd olunur. ET heyvanlarda isə hipotalamusda fluoksetinin fonunda DA-nin miqdarının etibarlı artması ilə yanaşı 5-HT-nin miq­da­rı­nın etibarlı azalması müşahidə olunur. Həmin heyvanların frontal qabığında isə hərəki fəallığın mü­hüm tənzimləyicisi olan DA-nin miqdarının etibarlı azalması ilə resiprok olaraq 5-HT-nin səviyyəsinin artması qeyd olunur. Beləliklə, beynin 5-HT-ergik və KA-ergik sistemləri fluoksetinin fonunda sinir sis­teminin fərdi reaktivliyinə görə bir-birindən fərqlənən heyvanlarda həyəcanlılığın tənzim olun­ma­sına müxtəlif tərzdə cəlb olunurlar.  

Emosional-həssas sıçovullar, emosional-tolerant sıçovullar, qaldırılmış xaçabənzər labirint, h¬i¬po¬-talamus, frontal qabıq, serotonin, noradrenalin, dofamin