Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Abşerona İntroduksiya Olunmuş Alma (Malus Mill.) Növlərinin Meyvələrinin Biokimyəvi Göstəriciləri
A.Ə. Ərəbzadə, V.S. Fərzəliyev

Mərkəzi Nəbatat Bağı

     Məqalə Abşeron şəraitinə introduksiya olunmuş alma (Malus Mill.) növlərinin biokimyəvi tərkibinin öyrənilməsinə və statistik təhlilinə həsr olunmuşdur. Tədqiqatın materialını Mərkəzi Nəbatat Bağına introduksiya olunmuş alma növləri təşkil etmişdir. Tədqiqatlar zamanı alma növlərinin meyvələrinin biokimyəvi göstəriciləri əsasında qruplaşdırmalar aparılmışdır. Məlumatların statistik təhlilində Past, MSTATC, SPSS.16 statistik proqramlarından istifadə olunmuşdur. Alınmış nəticələrə əsasən Ward metodu ilə Evklid genetik məsafə indeksi əsasında nümunələrin klaster analizi həyata keçirilmişdir. Məlum olmuşdur ki, eyni klasterə daxil olan növlər biokimyəvi tərkibinə görə bir-birinə daha oxşar olub, digər klasterlərə daxil edilmiş növlərdən fərqlənir. Meyvələrin öyrənilən əlamətlərinə görə sta­tistik parametrlərinin qiymətinə əsasən məlum olunmuşdur ki, həm kal, həm də yetişmiş meyvələrdə turşuluğun qiyməti daha dəyişkəndir. Öyrənilən kəmiyyət əlamətləri arasında mövcud korrelyasiya qurulmuşdur. Müəyyən olunmuşdur ki, kal və yetişmiş meyvələrin tərkibindəki maddələr arasında asılılıq vardır. Alınmış nəticələrə əsasən biokimyəvi tərkibinə görə zəngin növlər seçilib seleksiya işlərində fərqli nümunələr kimi istifadə oluna bilər.

Abşeron, alma, turşuluq, klaster, şəkər, korrelyasiya