Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bozqır Yaylasının Dərman Əhəmiyyətli Briofitləri (Bryophyta, Marchantiophyta)
Bozqır yaylası, ciyərotu mamırları, dərman əhəmiyyəti, mamırkimilər, növ, yarpaqgövdəli mamırlar

Botanika İnstitutu

Gəncə Dövlət Universiteti

    Azərbaycanın Bozqır yaylasında aparılmış briofloristik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, toplanmış briofitlər içərisində Barbula unguiculata, Bryum argenteum, Bryum capillare, Ceratodon purpureus, Homalothecium lutescens, Hypnum cupressiforme, Polytrichum juniperinum, Porella pla­typhylla,Weissia controversa növləri dərman əhəmiyyətlidir. Bunlardan 1 fəsilə, 1 cins, 1 növ ciyərotu, 6 fəsilə, 7 cins, 8 növ isə yarpaqgövdəli mamırlara aiddir. Dərman əhəmiyyətli növlər içərisində  üs­tün­lük təşkil edən fəsilələr Bryaceae (2 növ) və Pottiaceae (2 növ) fəsilələridir. Qalan 5 fəsilənin (Po­rellaceae, Brachytheaeceae, Ditrichaceae, Hypnaceae,  Polytrichaceae) hər biri, bir növlə təmsil olunur.

Bozqır yaylası, ciyərotu mamırları, dərman əhəmiyyəti, mamırkimilər, növ, yarpaqgövdəli mamırlar