Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Buğda Cücərtilərinin Fotosintetk Piqmentlərinin Bitki Mənşəli Antioksidantlarla Cd2+ Təsirindən Müdafiəsi
S.B. Dadaşova, İ.М. Qurbanova

Azərbaycan MEA Botanika İnstitutu

   Tədqiqatlarda Cd2+ təsirindən buğdanın (Triticum aestivum L.) zədələnmiş fotosintetik membranının Azərbaycanda bitən bəzi bitki ekstraktları ilə müdafiəsi tədqiq olunub. Adaçayı yarpaqlarının (Folia Salvia officinalis), şirin biyan kökünün (Radix glycyrrhizae) və relikt bitki Danae racemosa yarpaqlarından alınmış ekstraktların infraqırmızı spektrləri çəkilmişdir. Bütün tədqiq olunan bitkilərin infraqırmızı spektrləri öyrənilən xlorofil formalarının müdafiəsini təmin edən assosiasiya olunmuş OH qruplarının valent rəqslərini göstərir.

Bitkilər, fotosintetik membran, ağır metallar, stress, oksigenin fəal forması, antioksidantlar