Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
GLRaV 3 Virusu ilə Yoluxmuş Üzüm (Vitis vinifera L.) Yarpaqlarında Fizioloji Göstəricilərin, Malat və Azot Metabolizmində İştirak Edən Fermentlərin Fəallıqlarının Tədqiqi
N.F. Sultanova, N.K. Bayramova, D.R. Əliyeva, U.Ə. Qurbanova, İ.M. Hüseynova

  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu  

    Salyan, İsmayıllı və Abşeron rayonları ərazisində həyata keçirilən fitopatoloji monitorinqlər zamanı üzüm yarpaqlarının burulması xəstəliyinin xarakterik əlamətlərinə malik bitki nümunələrinin seroloji və molekulyar analizləri nəticəsində Üzüm yarpaqlarının burulması virusu 3 (GLRaV 3) virusu aşkar edilmişdir. GLRaV 3 virusla yoluxmuş bitkilərin yarpaqlarında NAD-malatdehidrogenaza (NAD-MDH), aspartataminotransferaza (AsAT) və alaninaminotransferaza (AlAT) fermentlərinin fəallıqla­rı, quru biokütlə, nisbi su tutumu, həll olan zülalların və qlisin-betainin miqdarı tədqiq edilmişdir. Müəy­yən olunmuşdur ki, sağlam bitkilərlə müqayisədə virus patogenezi zamanı NAD-MDH fer­men­tinin fəallığı əhəmiyyətli dərəcədə artdığı halda, AsAT və  AlAT transferazaların fəallıqları azalır. Ey­ni zamanda, virusla yoluxmuş nümunələrdə nisbi su tutumunun miqdarının azalması, quru bio­küt­lənin, həll olan zülallar və qlisin - betainin miqdarının artması müşahidə edilmişdir.

Vitis vinifera, üzüm yarpaqlarının burulması virusu 3, NAD-malatdehidrogenaza, aspartat-aminotransferaza, alaninaminotransferaza, qlisin-betain